EN

"BioNTech"in satışları gözləniləndən yüksək oldu - 3 ayda 1.2 milyardlıq satış

Alman biotexnologiya şirkəti "BioNTech", COVID-19 variantına uyğunlaşdırılmış peyvəndlərinin ilin üçüncü rübündə güclü satışı nəticəsində gözləniləndən daha yüksək gəlir əldə etdiyini açıqlayıb.

Valyuta.az "Bloomberg"ə istinadən xəbər verir ki, "BioNTech"in iyul-sentyabr dövrünə dair maliyyə nəticələrinə görə, şirkətin satışları gözləntiləri üç dəfə aşaraq 1 milyard 244 milyon avroya çatıb.

Ötən ilin üçüncü rübündə şirkətin mənfəəti 160,6 milyon avro olduğu halda, bu ilin eyni dövründə 23% artaraq 198,1 milyon avroya yüksəlib. Ötən ilin üçüncü rübündə isə satışlar 895,3 milyon avro həcmində qeydə alınmışdı.

COVID-19 pandemiyası zamanı önə çıxan şirkət, bu ilki gəlirlərinin tənzimləyici inkişaflardan asılı olaraq 2,5-3,1 milyard avro arasındakı illik gəlir aralığının aşağı həddində olmasını gözləyir.

"BioNTech", COVID-19 variantına uyğunlaşdırılmış peyvəndlərini Avropa Birliyi, Böyük Britaniya və ABŞ-dakı rəsmi təsdiqlər səbəbindən ötən illə müqayisədə daha erkən bazara çıxarıb ki, bu da üçüncü rübdəki satışlara təsir edib.

Təxminən 1,56 milyard avroluq satışına baxmayaraq, şirkətin ilin yanvar-sentyabr aylarında təxminən 925 milyon avro zərər hesabatı da diqqət cəlb edib.

"BioNTech"in baÅŸ icraçı direktoru (CEO) vÉ™ qurucu ortağı Prof.Dr.UÄŸur Åžahin bildirib ki, “BioNTech-in bu dövrdÉ™ki uÄŸurları, COVID-19 variantına uyÄŸunlaÅŸdırılmış peyvÉ™ndlÉ™rinin uÄŸurla bazara çıxarılması vÉ™ onkologiya sahÉ™sindÉ™ É™ldÉ™ olunan irÉ™lilÉ™yiÅŸlÉ™rdir”.

Åžahin, xÉ™rçəng dÉ™rmanlarının inkiÅŸaf etdirilmÉ™sindÉ™ dÉ™ irÉ™lilÉ™yiÅŸ É™ldÉ™ olunduÄŸunu vurÄŸulayaraq, “Son mÉ™rhÉ™lÉ™dÉ™ onkologiya mÉ™hsullarımızı uÄŸurlu qeydiyyata doÄŸru irÉ™lilÉ™tmÉ™yÉ™ fokuslanmaÄŸa davam edirik” deyÉ™ qeyd edib.

COVID-19 pandemiyasından sonra xÉ™rçəng dÉ™rmanı istehsalının inkiÅŸafını É™sas prioritet halına gÉ™tirÉ™n ÅŸirkÉ™t, ilk xÉ™rçəng dÉ™rmanını 2026-cı ildÉ™ bazara çıxarmağı planlaÅŸdırır.

Rəhim

Chosen
45
valyuta.az

1Sources