EN

Ukrayna “Starlink” peykləri səbəbindən Maskın nəzarətinə keçib

Ukrayna amerikalı sahibkar İlon Maskın nəzarəti altındadır...

Poliqon xəbər verir ki,bu barədə İsveçrənin “Neue Zrcher Zeitung” qəzeti yazıb. Məqalə müəlliflərinin fikrincə, bu, iş adamına məxsus “Starlink” peyk şəbəkəsi səbəbindən baş verib.

Nəşr xatırladıb ki, xüsusi müharibənin əvvəlində Mask özünü Ukrayna lideri Vladimir Zelenskinin qızğın tərəfdarı kimi göstərib, lakin sonradan sahibkarın Ukrayna münaqişəsi ilə bağlı fikirləri dəyişib.

“Starlink” peyk şəbəkəsi planetar əhatə dairəsinə malikdir və hər kəsə internetə çıxış əldə etməyə imkan verir. İlon Mask peyklərin harada, kimin üçün və nə vaxt işə salınacağını müəyyən edə bilir.

“Bu, ən çox Ukraynadakı münaqişədə özünü göstərir”, deyə məqalədə bildirilir.

Poliqon.info

Chosen
56
1
poliqon.info

2Sources