EN

Dünya Bankı Ukraynaya əlavə 600 milyon dollar vəsait ayıracaq

Müəllif:Ayşən İmanova/Banco.az

Ukrayna Dünya Bankı ilə təxminən 600 milyon dollar dəyərində müqavilələr imzalayıb ki, bu da yeni maliyyə dəstəyi proqramı çərçivəsində ayrılacaq.

Banco.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı ölkənin baş naziri Denis Şmıqalın “Teleqram” kanalına istinadən məlumat yayıb.

Baş nazirin sözlərinə görə, proqramın başlanması barədə apreldə Vaşinqtonda keçirilmiş “Spreing Meetings” görüşləri zamanı razılaşma əldə olunub.
Bu gün isə Ukraynanın Maliyyə və İqtisadiyyat nazirlikləri Dünya Bankı ilə müvafiq sazişləri imzalayıblar.

Ən sərfəli kredit üçün müraciət et

Chosen
29
banco.az

1Sources