Müəllif:Ayşən İmanova/Banco.az
Qazaxıstanda xarici turistlər üçün yeni “Neo Nomad” (müasir köçəri) vizası tətbiq edilib.
Banco.az xəbər verir ki, bu barədə ölkənin Turizm və İdman Nazirliyi məlumat yayıb.
“Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığına əsasən, “Neo Nomad” adlı yeni viza növü tətbiq edilib. Bu viza müasir köçərilər adlandırılan şəxslər - iş və istirahəti birləşdirən, səyahət edən və məsafədən işləyən xarici turistlər üçün nəzərdə tutulub. Yeni viza rejimi pandemiyadan sonra oxşar proqramları uğurla həyata keçirən 50-dən çox ölkənin beynəlxalq təcrübəsini nəzərə alır”, - məlumatda deyilir.