EN

Zelenski: Kursk vilayətində artıq 11 min Şimali Koreya əsgəri var...

Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna kəşfiyyatının məlumatlarına istinadən iddia edərək bildirib ki, Kursk vilayətində artıq Şimali Koreyadan gətirilən 11 min hərbçi var...

Poliqon “İnterfaks-Ukrayna” portalına istinadən xəbər verir ki, Ukrayna prezidenti Rusiyaya göndərilən Şimali Koreya hərbiçilərinin sayının artdığını qeyd edib.

“Bu gün Rusiya ərazisində Şimali Koreya ordusu ilə bağlı Baş Kəşfiyyat İdarəsi və Xarici Kəşfiyyat Xidmətindən ayrıca hesabat da var idi. Kursk bölgəsində artıq 11 min Şimali Koreyadan gətirilən 11 min hərbçi var. Biz Şimali Koreyalıların sayının artdığını görürük və tərəfdaşlarımızın reaksiyasında artım görmürük”, deyə Zelenski bildirib.

Qeyd edək ki, rəsmi Moskva KXDR hərbçilərinin Rusiyaya göndərilməsini inkar etmir və onları Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüş əməliyyatlarına cəlb etmək planlarına dair xəbərləri şərh də etmir.

Qərb ölkələri Şimali Koreya hərbçilərinin iştirakını münaqişənin ciddi şəkildə eskalasiyası hesab edirlər.

Poliqon.info

Chosen
29
50
poliqon.info

10Sources