EN

Xarkovda partlayışlar olub » AzadMedia.az


Ukraynanın Xarkov şəhərində bir neçə partlayış baş verib. Bu barədə “İctimai” telekanalının Telegram kanalında məlumat verilib.

"Xarkovda silsilə partlayışlar olub", - nəşr yazır.
Hazırda Ukraynanın bir neçə vilayətinin əraziləri Kiyev, Sumı və Poltava vilayətləri də daxil olmaqla “qırmızı zona”dadır.

Noyabrın 3-də Ukraynanın şimalındakı Sumı vilayətinin Şostkin rayonunda infrastruktur obyektlərinə ziyan dəydiyi bildirilir. Şostka şəhərinin meri Nikolay Noqa qeyd edib ki, obyektlərdə qəza və bərpa işləri aparılır.

Rusiya hərbçiləri Krım körpüsünün bombalanmasından az sonra 2022-ci ilin oktyabrından Ukrayna infrastrukturuna zərbələr endirməyə başlayıb. O vaxtdan bəri Ukraynanın müxtəlif bölgələrində, əksər hallarda ölkənin bütün ərazisində hava həyəcanı mütəmadi olaraq elan edilir. Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, hücumlar energetika, müdafiə sənayesi, hərbi idarəetmə və rabitə sahəsində obyektlərə edilir.
Chosen
23
9
azadmedia.az

10Sources