İsrail ordusu “Hizbullah”ın Suriyadakı kəşfiyyat qərargahına məxsus obyektlərinə zərbələr endirib. Hücum nəticəsində qrupun kəşfiyyat bölməsinin rəhbəri Mahmud Məhəmməd Şahin öldürülüb.
Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Bildirilir ki, hücum “Hizbullah”ın kəşfiyyat məlumatlarının qiymətləndirilməsi, idarə edilməsi və mümkün olduqda kəşfiyyat məlumatlarının toplanması və aşkarlanmasına cavabdeh olan mərkəzi kəşfiyyat idarəsini hədəf alıb.
Qeyd olunub ki, 2007-ci ildə o, Hizbullahın kəşfiyyat qərargahının Suriya şöbəsinə rəhbərlik edib və bu illər ərzində təcrübə toplayıb, Suriya rejimi və İranla əlaqəli rəsmilərlə sıx münasibətlər qurub.
Daşqın HəsənovMissiya.Az