EN

İran kosmosa “Hudhud” və “Kövsər” adlı iki peyk buraxdı

İran kosmosa “Hudhud” və “Kövsər” adlı iki peyk buraxıb.

Bu barədə IRNA agentliyi məlumat yayıb. 

Bildirilib ki, bunlar ölkənin özəl sektoru adından orbitə buraxılan ilk İran peykləridir.

“Kövsər” peyki 2019-cu ildə dizayn prosesinə başlayan Omidfaza şirkətinin ilk kosmik məhsuludur. Onun çəkisi 30 kiloqramdır. “RGB” kameraları ilə təchiz edilmiş peykdən təqribən üç il müddətində istifadə olunması nəzərdə tutulur. O, orta hesabla 3,45 metr GSD (Ground Surface Sampling Distance) fərqləndirmə qabiliyyətinə malik ilk İran peykidir.

“Hudhud”un çəkisi 4 kiloqram, orbital hündürlüyü 500 kilometr, ömrü isə təxminən dörd ildir. Bu peykdən alınan məlumatlar kənd təsərrüfatı, xəritəçəkmə, nəqliyyat və ətraf mühit üçün də faydalıdır.

İran Kosmik Təşkilatının rəhbəri, peyk istehsal edən komandanın bəzi üzvləri və İran Kosmik Tədqiqatlar İnstitutunun əməkdaşları uğurla həyata keçirilən buraxılışın canlı yayımını izləyiblər.

Chosen
43
9
korrespondent.az

10Sources