EN

“Qərbi Azərbaycan İcması böyük maarifçilik hərəkatı yaradıb” – Etibar Əliyev

Noyabr ayının 4-də Qərbi Azərbaycan İcmasında professor Fərrux Rüstəmovun "İrəvan kişi gimnaziyasının və onun Azərbaycanlı məzunları" kitabının təqdimatı keçirilib. Fəlsəfə üzrə fəlsəfə dokroru, maarifçi-alim Etibar Əliyev bununla bağlı feysbukda paylaşım edib:

“Qərbi Azərbaycan İcması böyük maarifçilik hərəkatı yaradıb. Maarifçilik bütün dövrlərin ən güclü silahı olub. Noyabr ayının 4-də İcmada professor Fərrux Rüstəmovun "İrəvan kişi gimnaziyasının və onun Azərbaycanlı məzunları" kitabının təqdimatı keçirildi. Kitabda XIX əsrin 30-cu illərindən XX əsrin əvvələrinə kimi İrəvanda demokratik təhsil mühitinin formalaşmasında əhəmiyyətli rol oynamış qəza məktəbi və progimnaziya haqqında dolğun məlumat verilmiş, kişi gimnaziyasının təşəkkülü və inkişafını şərtləndirən amillər təhlil edilmiş, orta təhsilin məzmununun inkişaf tendensiyaları müəyyənləşdirilmiş, İrəvan quberniyasında yaşayan azərbaycanlıların Rusiya və Avropa universitetlərinə çıxışını təmin edən gimnaziyanın Pedaqoji Şurası, şagird kontingenti, pansionu, kitabxanası, fizika kabineti, direktorları, məzunları və Azərbaycan dili və şəriət müəllimləri haqqında məlumat verilmişdir. Kitabın ideya müəllifi sənətşünaslıq elmləri doktoru, professor Ədalət Vəliyev, Elmi redaktoru, Qərbi Azərbaycan İcmasının sədri, filologiya üzrə fəlsəfə doktoru, deputat Əziz Ələkbərli, Ön sözün müəllifi AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Misir Mərdanovdur.

Böyük əmək hesabına belə bir fundamental tədqiqatı ərsəyə gətirdiyinə görə prof. Fərrux Rüstəmova dərin təşəkkürümü bildirirəm…”

“AzPolitika.info”

Chosen
28
azpolitika.info

1Sources