EN

İtkin düşən məktəblinin meyiti quyudan tapıldı

Rusiyanın Sverdlovsk vilayətinin Talitsa şəhərində valideynlər itkin düşən 9 yaşlı oğlunu qaz borusunun çuxurunda ölü tapıblar.

News24.az Lent.az-a istinadla bildirir ki, noyabrın 4-ü axşam saatlarında uşaq mağazaya getmək üçün evdən çıxıb, lakin bir saat keçməsinə baxmayaraq geri qayıtmayıb. Narahat olan 2-ci sinif şagirdinin valideynləri axtarışa çıxaraq oğullarının meyitini yaşadıqları yerdən 120 metr aralıda qaz xətti çəkmək üçün qazılmış iki metr dərinliyində hasarsız çuxurda tapıblar.

Prokurorlar hesab edirlər ki, uşaq quyunun yanından keçərkən yıxılıb. Hazırda araşdırm aparılır.


Chosen
56
1
news24.az

1Sources