EN

Necə edək ki, "Koksaki" virusuna yoluxmayaq?

"Koksaki" virusuna yoluxmamaq üçün əlləri tez-tez sabunla yumaq və xəstə insanlarla yaxın təmasdan qaçmaq lazımdır. Bu barədə “Radio 1” ekspertlərə istinadən yazıb.

Bundan əlavə, mütəxəssislər Rusiya vətəndaşlarına bəzi çiy qidalardan uzaq durmağı, yalnız qaynadılmış su içməli, evi və iş otağını təmiz saxlamağı məsləhət görüblər.

“Koksaki" virusu bəzi hallarda, xüsusilə uşaqlarda və immun sistemi zəif olan insanlarda ciddi fəsadlara səbəb ola bilər. Ən təhlükəli viruslar isə onların "A" növüdür. O, viral meningit və digər ciddi xəstəliklərə səbəb ola bilər. Qeyd etmək lazımdır ki, əksər hallarda infeksiya tibbi müdaxiləyə ehtiyac olmadan öz-özünə keçib gedir”, - məlumatda deyilir.

Qeyd edək ki, bu virus, adətən, hər hansı müdaxilə olmadan 7-10 günə keçir. Lakin xüsusilə uşaqlarda letal sonluqla (ölüm - red.) nəticələnən hallara da rast gəlinir. 

Koksaki virusu (lat. Coxsackievirus) -  mədə-bağırsaq yolunda çoxalan enteroviruslardan ibarət RNT serotipləridir. Virus aseptik meningitin meydana gəlməsinin əsas səbəblərindən hesab olunur. Manifestli və ya inapparant infeksiyanın başa çatmasından sonra möhkəm tipospesifik immunitet formalaşır. 

Tural

Chosen
26
news365.az

1Sources