EN

"Rusiyanın Kursk vilayətində 10 min Şimali Koreya hərbçisi yerləşdirilib" - ABŞ rəsmisi

"Rusiyanın Kursk vilayətində 10 min Şimali Koreya hərbçisi yerləşdirilib".

Olaylar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuat konfransında deyib.

Sözçü əsgərlərin artıq Kursk vilayətində döyüşməsi ilə bağlı xəbərlərdən xəbərdar olduğunu, lakin onları təsdiqləyə bilmədiyini deyib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda Seul tərəfindən yayımlanan və Şimali Koreya hərbçilərinin Rusiyada olduğunu göstərən peyk görüntülərini "ciddi məsələ" adlandıraraq şərh edib. Bununla belə, NATO qoşunlarının uzun müddətdir Ukrayna münaqişəsində birbaşa iştirak etdiyini bildirib. Putin Moskva ilə Pxenyan arasındakı Strateji Tərəfdaşlıq Müqaviləsində ortaq müdafiə bəndinin olduğuna diqqət çəkib.

Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova oktyabrın 30-da bildirib ki, Qərbin cəhdlərinə baxmayaraq, Moskva və Pxenyanın strateji müttəfiqliyində xüsusi və ya qeyri-adi heç nə yoxdur. O bildirib ki, Moskva ilə dinc əməkdaşlığa sadiq olanların narahat olacağı heç bir şey yoxdur. (Sfera)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
39
50
olaylar.az

10Sources