EN

Qənirə onların saxta yolla plastik cərrah olduqlarını iddia etdi - Siyahı!

Amerikada yaşayan jurnalist Qənirə Ataşova bəzi estetik cərrahlarla bağlı iddia yayıb.

OLAY yazır ki, o, saxta yollarla plastik cərrahiyə şəhadətnaməsi alanların siyahısını paylaşdığını iddia edib:

“Azərbaycanın Estetik Cərrahiyyəsinin üzü. Səhiyyə nazirliyinə 30 min manat verib bir gecədə ixtisas dəyişən həkimlətin siyahısı tərtib edilib.

2011-ci ildən sonra Azərbaycanda rezidentura təhsili tətbiq olunub. Qanuna əsasən, rezidenturanı bitirməyənlər ixtisaslı həkim ola bilməz. Amma təqdim etdiyim siyahıdakı həkimlərin heç biri estetik cərrahiyyə üzrə rezidentura təhsili almayıb. Sual yaranır: bəs necə oldu ki, bu adamlar bir gecədə estetik cərrah oldular?

Cavab sadədir, əziz oxucu. Səhiyyə Nazirliyinə bir “səmimi” rüşvət — düz 30 min manat! — ödəyib, “möcüzəvi şəkildə” ixtisas dəyişdirmək mümkündür. 30 min manata nazirlik dövlətin möhür və imzasını belə “hədiyyə” edir. Nə deyək, məbləğ o qədər “ucuzdur” ki, insanın az qala ürəyi ağrıyır. Bu möhtəşəm sertifikatın qiymətini niyə 500 min manat etməyiblər? Axı, peşəkar fırıldaqlar daha bahalı olmalıdır, elə deyilmi?

Əlbəttə, saxta cərrahlarımızda özlərini daha da inandırıcı göstərmək üçün xaricdə qısamüddətli kurslara qatılırlar. Təsəvvür edin, gedib bir-iki gün xaricdə “təhsil” alır, sonra isə böyük fəxrlə geri qayıdıb, “Beynəlxalq sertifikatlı estetik cərrah” olduqlarını iddia edirlər. Amma diqqət edin, bu kurslar adi izləyiciləri də qəbul edir. Yəni, istəsəniz, siz də gedib orada oturub “beynəlxalq mütəxəssis” kimi özünüzü hiss edə bilərsiniz! Nə gözəl bir dünya, deyilmi?

Siyahını yaymaqda məqsədim heç kimi gözdən salmaq deyil. İstəyirəm insanlarımız belə “müasir” və “asan” yolla estetik cərrah olan həkimlərə aldanmasın. Əgər əməliyyat etdirmək istəyirsinizsə, seçdiyiniz həkimin təhsilini və peşəkarlığını diqqətlə araşdırın. Axı, sağlamlığınız ucuz saxta sertifikatlardan daha qiymətlidir, elə deyil? Hə, sənədlərdəki imzanın müəllifləri Səhiyyə Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmova ve nazirin müavini İlqar Qasımovdur”.

Sözügedən siyahını təqdim edirik:

Chosen
15
36
olay.az

10Sources