EN

Sərvət Çətinin yeni iş yeri bilindi - RƏSMİ

Azərbaycan əsilli türkiyəli məşqçi Sərvət Çətinin yeni iş yeri müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, 43 yaşlı mütəxəssis Türkiyənin I Liqa təmsilçisi “Amed”in baş məşqçisi təyin olunub. 

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssis bu postda bir neçə gün əvvəl istefaya göndərilən Ersun Yanalı əvəzləyib.

Bu, Sərvət Çətinin baş məşqçi kimi ikinci təcrübəsi olacaq. O, bundan əvvəl "Sivasspor"u çalışdırıb. Türkiyə yığmasının və “Qalatasaray”ın sabiq oyunçusu 2023-cü ilin dekabrından işsiz idi.

“Amed” I Liqada 11 turdan sonra 13 xalla 20 komanda arasında 18-ci sıradadır.

Chosen
19
fanat.az

1Sources