EN

Daxili Qoşunlarda əsgərlərin andiçmə mərasimi keçirilib 

Yazını böyüt
Yazını kiçilt

Noyabrın 5-də Daxili Qoşunların “N” saylı hərbi hissəsində xidmətə yeni qəbul edilmiş çağırışçıların andiçmə mərasimi keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, tədbirdə daxili qoşunlar komandanının müavini - şəxsi heyət üzrə idarənin rəisi general-mayor İnqilab Muradov iştirak edib.

Əvvəlcə hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib, Dövlət Himni ifa olunub.

Əsgərlər hərbi and içərək Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü canlarını belə əsirgəməyəcəklərinə söz veriblər.

Mərasimdə çıxış edənlər əsgərlərə Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi, intizamlı xidmət etmələrini, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş hazırlıqlarını daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmalarını tövsiyə ediblər.

Tədbir şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.

Chosen
11
4
hafta.az

5Sources