Səudiyyə Ərəbistanının neft şirkəti “Saudi Aramco” xalis mənfəəti 15,4% azaldıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
“Saudi Aramco”nun xalis mənfəəti 27,564 milyard dollar təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə (32,58 milyard dollar) 15,4% azdır.
“Saudi Aramco” bu ilin ikinci rübündə 29,1 milyard dollar xalis mənfəət əldə edib. Belə ki, əvvəlki rüblə müqayisədə göstərici 5,3% azalıb.