EN

Alman bankı Türkiyənin inflyasiya proqnozunu artırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Deutsche Bank” Türkiyənin inflyasiya proqnozunu yüksəldib.

Banco.az xəbər verir ki, son inflyasiya məlumatlarından sonra xarici qurumlar 2024-cü ilin qalan hissəsində Türkiyədə faiz endiriminə şərait olmadığı qənaətindədirlər.

Ən son qiymətləndirmə isə “Deutsche Bank” tərəfindən edilib.

Bankın 4 noyabr tarixli hesabatında inflyasiya gözləntiləri artırılsa də, pul siyasətinin yumşaldılmasının 2025-ci ilin yanvarında başlayacağı proqnozu qorunub.

Hesabatda oktyabr ayı məlumatlarının inflyasiyada yeni bir yüksəliş sürprizinə işarə etdiyi, bununla belə disinflyasiyanın davam edəcəyi bildirilib.

Təhlildən sonra bank 2024 və 2025-ci il inflyasiya proqnozlarına artan istiqamətdə düzəlişlər edib. 

Ən sərfəli kredit üçün müraciət et

Chosen
28
banco.az

1Sources