EN

Ruslar Ukraynanın bir-bir şəhər və kəndlərini işğal etməkdədir

Rus ordusu son aylarda asta irəliləyişlə olsa da, Ukraynanın şərq hissəsində, xüsusən də Donbasın Ukrayna ordusunun nəzarətində olan yaşayış məntəqlərini ardıcıllıqla işğal etməkdədir.

Ölkə.Az xəbər verir ki, ən sonuncu isə rus ordusu Ukraynanın Donetsk vilayətinin Kramatorsk rayonundakı Stepanovka kəndini işğal edib .

"DeepState" teleqram kanalının verdiyi bu məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı hələlik təsdiqləmir.
Teleqram kanalın verdiyi məlumata görə,  rus ordusu Kuraxovo, Kolesnikovka, Boqoyavlenka yaxınlığında və Kremennaya Balkada da irəliləyir.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının son hesabatına görə, ötən gün ərzində cəbhədə 226 hərbi toqquşma baş verib. 

Rus ordusunun Xarkov istiqamətində fəallığı hiss olunmaqdadır və davamlı olaraq bu istiqamətdə hücumlar edilir.

Rus ordusunun əsas hədəfi tez bir zamanda Donetsk vilayətinin sərhədlərinə çıxmaqdır və bu istiqamətdəki əsas yaşayış məntəqələrini ələ keçirməyə çalışır. Rus ordusu bu istəyinə asta-asta olsa da nail olmaqdadır.

Donetskin Kramatorsk rayonundakı Stepanovka kəndini işğal edən rus ordusu Liman şəhəri istiqamətindəki Çerneşçina, Grekovka, Kolesnikovka, Katerinivka, Makeevka, Ternov, Zareçnı və Torskoye  yaşayış məntəqlərini ələ keçirmək üçün hücumlarını davam etdirir.

Ruslar eyni zamanda Severskidə Beloqorovka ərazisinə, Kramatorskda Çasovoy Yar, Stupoçek, Toretsk, Daçnı, Şerbinovka ərazilərinə, Pokrovski istiqamətində Luç, Lisovka, Selidovo, Yuryevka və Vişnevoe yaşayış məntəqələri ərazilərinə, Kuraxovski istiqamətində Volçenka, İlyinka, Kremennaya Balka, Annovka, Kuraxovo, Novoselidovka, Novodmitrovka, Ostroye, Maksimovka, Antonovka, Dalnee, Yekaterinovka və Yelizavetovka qəsəbələrinə, Vremovski istiqamətində  Trudovoy, Bolşaya Novoselka, Urojaynı, Razdolnı, Suxıx Yalov, Maksimovka, Novodanilovka, Novoandreevka, Malı Şerbakov, Orexov istiqamətlərində hücumlaırnı davam etdirməkdədir. Rus ordusu bu istiqamətdə ciddi uğur əldə etməsə də, asta-asta Ukrayna ordusunu geri çəkməyə vadar etməkdədir.

Qeyd edək ki, bir neçə gün öncə rus ordusu Donetsk vilayətinin Pokrovski rayonunun Selidovo şəhərini, Vişnevoye və Zoryanoye kəndini ələ keçirib.

Mürtəza
Ölkə.Az

Chosen
31
2
olke.az

3Sources