EN

TƏBİB məhkəməyə verildi

TƏBİB (“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”) ilə bağlı məhkəməyə müraciət edilib.

Tribunainfo.az xəbər verir ki, TƏBİB-lə bağlı iddianı Əliyev Emil Əli oğlu qaldırıb. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdir. İddiaçı sosial təminat üzrə problem yaşadığı üçün TƏBİB-i məhkəməyə verib.

İş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilib. 2 dekabr tarixində hakim Miminat Hacıbəyovanın sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, məhkəməyə verilən TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovdur.

Chosen
13
4
busaat.az

5Sources