EN

Kubok oyunu ilə bağlı sərt cəzalar

AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun II təsnifat mərhələsi çərçivəsində keçirilən “Şəfa” – “Difai” oyununda baş verən qalmaqallarla bağlı qərarını açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, komitə “Şəfa”nın futbolçularını cəzalandırıb.

Görüşün 105-ci dəqiqəsində rəqibi vurduğu üçün birbaşa qırmızı vərəqə alan Elvin Nəsibov 4 oyun diskvalifikasiya olunub, “Şəfa”nı 300 manat xərcə salıb. Oyun bitdikdən sonra isə “Şəfa”nın digər üzvü Elməddin Hüseynzadə rəqibi vurub. O da eyni sanksiya ilə üzləşib və yevlaxlılara daha 300 manat ziyan vurub.

“Difai”nin futbolçusu Bəşir Ayralov isə görüş bitdikdən sonra rəqibi təhqir edib ki, buna görə 3 matçlıq sanksiyaya məruz qalıb, 200 manat cərimələnib.

Chosen
37
futbolinfo.az

1Sources