EN

Gürcüstan MSK-nin müxalif üzvləri yeni seçki tələb edir – “Tam hüquqi əsaslar var...”

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri qurumun iclasının keçirilməsini və təkrar seçkiləri müzakirə etməyi tələb edirlər. Müxalifətin 5 üzvü birgə brifinqdə bildiriblər ki, təkrar seçkilərin keçirilməsi zəruridir.

“Bir şey hamıya aydındır ki, bunu nə hökumət, nə MSK, nə də heç kim inkar etmir, o da elektron seçki məntəqələrində seçicilərin şəxsi həyatının kütləvi şəkildə pozulması faktıdır. Tetritskaro Rayon Məhkəməsi presedent yaradaraq müvafiq rayonların nəticələrini ləğv etdi. Bu o deməkdir ki, seçkilərin pozuntularla keçirildiyini elan etmək və yenidən seçkilər təyin etmək üçün hüquqi əsas var”, - “Güclü Gürcüstan” partiyasını təmsil edən MSK üzvü Giorgi Sioridze bildirib.

Müxalifət partiyaları və Gürcüstan Prezidenti parlament seçkilərinin nəticələrini saxta elan edərək, onları tanımayıb və Beynəlxalq Seçki Administrasiyası tərəfindən yeni seçkilərin keçirilməsini tələb ediblər. Bu seçkilərdə əhalinin 90 faizi elektron sistemlərdən istifadə edərək səs verib.

MSK-nın ilkin məlumatlarına görə, “Gürcü arzusu” dördüncü müddətə hakimiyyətdə qalır.

Gürcüstan Prokurorluğu Mərkəzi Seçki Komissiyasının müraciəti əsasında parlament seçkilərinin saxtalaşdırılması faktı ilə bağlı araşdırmaya başlayıb. Bu iş üzrə Prezident və müxalifət liderləri dindirilməyə çağırılıb.

“AzPolitika.info”

Chosen
24
azpolitika.info

1Sources