EN

Müsəlmanların dəstəyini almışam -

ABŞ prezidentliyinə namizəd Donald Tramp Miçiqan ştatında rekord sayda müsəlman və ərəb seçicisinin dəstəyini aldığını iddia edib. Metbuat.az xəbər verir ki, Tramp bu barədə X sosial media platformasında paylaşım edib. O, paylaşımında Demokratlar partiyasından prezidentliyə namizəd Kamala Harrisin əhatəsindəki şəxsləri “müharibə çağırışçları” adlandırıb. ABŞ-ın siyasi tarixində ən böyük və ən geniş koalisiyanı qurduqlarını iddia edən Tramp, Kamala Harrisi tənqid edib. O, Harris və kabinetinin Yaxın Şərqi işğal edəcəyinidən, milyonlarla müsəlmanın ölümünə səbəb olacağından və III Dünya Müharibəsini başladacağından xəbərdar olduğunu iddia edərək, özü üçün səs istəyib.

Qeyd edək ki, 250 minə yaxın ərəb amerikalı və müsəlmanın yaşadığı Miçiqanda seçkilərin gərgin keçdiyi deyilir.

Chosen
13
1
metbuat.az

2Sources