“bp-Azərbaycan” şirkətinin bu günkü açıqlamasına görə, 2024-cü ilin üç rübü ərzində “Şahdəniz”dən 20 mlrd m3 qaz və 3 mln ton kondensat, AÇG-dən isə 13 mln ton neft və 1,8 mlrd m3 səmt qazı hasil edilib.
Maraqlısı budur ki, AÇG-də 9 ayda hasilat üçün çəkilən istismar xərcləri $402 mln olduğu halda, “Şahdəniz”də $1 mlrd 780 mln təşkil edib.
AR Dövlət Neft Fondunun məlumatına görə isə, cari ilin yanvar-sentyabr aylarında AÇG-dən dövlətin payına düşən mənfəət $4 603,7 mln, “Şahdəniz” layihəsindən isə $364 mln 465 min təşkil edib.
Düzdür, AÇG layihəsi üzrə dövlətə çatan mənfəət üzrə pay bölgüsü 75% olduğu halda, hazırda “Şahdniz”də bu 45% səviyyəsindədir.
Amma bununla belə dənizin dərinliyi 500 metr və üstəlik də 7 min metrdən qaz çıxartmaq, suyun dərinliyi 200 metrədək və dərinliyi ortalama 3400 metr olan quyulardan neft çıxartmaqdan xeyli baha başa gəldiyi göz qabağındadır.
Bu baxımdan da dövlətin qazdan əldə etdiyi mənfəət neftlə müqayisədə dəfələrlə az olur (həmçinin qazın nəqli neftlə müqayiaədə də xeyli bahadır).
İlham Şaban
visiontv.az