EN

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında "Mən Feyerbaxam" adlı monotamaşanın premyerası keçirilib – FOTO

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında "Mən Feyerbaxam" adlı monotamaşanın premyerası keçirilib. Teatrın mətbuat katibindən verilən məlumata görə alman dramaturqu Tankret Dorstun eyniadlı pyesi əsasında hazırlanan "Mən Feyerbaxam" adlı monotamaşa Əməkdar artist Şövqi Hüseynovun təqdimatında nümayiş olunub.

Bir hissəli səhnə əsərinin bədii tərtibatçısı Şövqi Hüseynov, musiqi tərtibatçısı Zaur Rəşidov, işıq rəssamı Vadim Kuskov, fənd quruluşçusu İsa Əsədovdur. Səhnə əsərində Əməkdar artist Şövqi Hüseynov iştirak edib.

Feyerbax adlı aktyor uzun illər ruhi xəstəxanada yatdıqdan sonra müalicə olunub yenidən çox sevdiyi teatra qayıtmaq qərarına gəlir. O, aktyorluğa həvəslidir və teatrı bir nemət kimi qəbul edir. O, aktyorların yoxlanılması və 7 il əvvəl teatrda itirdiyi əsl simasına qayıtmaq üçün yenidən səhnəyə çıxır. Vaxtilə birgə işlədiyi rejissorları görmək ümidi ilə səhnəyə çıxsa da, qarşısında onları görməz.

Tamaşa zahirən seçim imtahanı kimi görünsə də, daha dərindən bir aktyorun yaşadığı problemlərdən, o problemlərlə mübarizəsindən və mübarizədəki tənhalığından bəhs edir. 

Qeyd edək ki, monotamaşa ölkəmizdə keçiriləcək monotamaşa festivalı üçün nəzərdə tutulub.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
11
7
milli.az

8Sources