EN

50 prezident, 10 vitse-prezident, 20 hökumət başçısı və iki vəliəhd şahzadə... - COP29-a kimlər qatılacaq?

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəf dövlətlərinin 50 prezidenti, 10 vitse-prezidenti, 20 hökumət başçısı və iki vəliəhd şahzadəsi noyabrın 12-dən 13-dək COP29 çərçivəsində Bakıda keçiriləcək Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin yüksək səviyyəli seqmentində rəsmi bəyanatlarla çıxış edəcəklər.

Mia.azxəbər verir ki, bu tarixlərdə dövlət və ya hökumət başçıları milli bəyanatlarla çıxış etməyən tərəflər, 19-20 noyabr tarixlərində keçiriləcək yüksək səviyyəli bərpa olunmuş seqmentdə bunu edə biləcəklər.

Chosen
49
mia.az

1Sources