EN

Payız tətilindən sonra ilk dərs gününün VAXTI AÇIQLANDI

Məlum olduğunu kimi Nazirlər Kabineti COP29-un keçiriləcəyi dövrdə ölkə ərazisində təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair qərar qəbul edib.   Manset.az xəbər APA-ya istinadən xəbər verir ki, qərara əsasən, ümumi təhsil müəssisələrində payız tətili 2024-cü il noyabrın 12-dən 22-dək olacaq. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd edilib ki, noyabr ayında bayram günləri və şənbə-bazar günlərini nəzərə alsaq, payız tətilindən sonra ilk dərs günü noyabrın 25-ə təsadüf edəcək.

Chosen
701
42
manset.az

10Sources