EN

Bu ölkə Olimpiya Oyunlarına namizədliyini elan etdi

Hindistan 2036-cı ildə Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək niyyəti barədə Beynəlxalq Olimpiya Komitəsinə (BOK) rəsmi məlumat verib.

Publika.az xəbər verir ki, bu barədə IANS məlumat yayıb.

Hindistanın Milli Olimpiya Komitəsi (MOK) Olimpiadaya ev sahibliyi etməkdə maraqlı olduğunu təsdiqləyən BOK-a rəsmi məktub göndərib. Mənbələr bildiriblər ki, Hindistan Oyunlara potensial ev sahibliyi etmək yolunda mühüm addım atıb və MOK hesab edir ki, bu, iqtisadi inkişafa, sosial tərəqqiyə kömək edəcək və ölkə boyu gənclər üçün yeni imkanlar yaradacaq.

Hindistan MOK-dan potensial namizədlərlə danışıqlar aparan BOK-un xüsusi komissiyasına məktub göndərilib. Məsləhətləşmələr başa çatdıqdan sonra Olimpiadanın paytaxtı ilə bağlı qərarı BOK-un İcraiyyə Komitəsi verəcək.

Bu ölkədə indiyədək belə miqyaslı tədbir keçirilməyib.

Chosen
34
publika.az

1Sources