EN

İsrail İordan çayında daha 15 fələstinlini həbs etdi

İsrail ordusu İordan çayının Ramallah, Cenin, Tulkarim, Qalkilya və Hebron bölgələrinə basqın edib.

7News.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fələstin Əsirlər Dərnəyindən verilən yazılı açıqlama verilib.
 
Belə ki, İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində 15 fələstinlini həbs edib.
 
Açıqlamada biri uşaq olmaqla 15 nəfərin İsrail hərbçiləri tərəfindən nəzarətə alındığı, basqınlar zamanı İsrail qüvvələrinin fələstinli ailələri döydüyü, təhdidlərlə qorxutduğu bildirilib.

Qeyd edək ki, 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə məhbus olan fələstinlilərin sayının 11 min 600-ü keçib.

İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə 7 oktyabr 2023-cü ildən bəri Fələstin torpaqlarını qəsb edən İsrail əsgərləri və israillilərin hücumları nəticəsində 167-si uşaq olmaqla 767 fələstinli həyatını itirib.
 
 

Chosen
92
22
7news.az

10Sources