EN

Avropa Şurasının xüsusi nümayəndəsi: İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın möhkəm siyasi iradəsi var

İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın möhkəm siyasi iradəsi var.

"Report" xəbər verir ki, bunu Avropa Şurasının xüsusi nümayəndəsi Aleksandr Cesse Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində təşkil olunmuş "Dünya Dinləri Yaşıl Planet uğrunda" mövzusunda plenar iclasda deyib.

Onun fikrincə, iqlim dəyişikliyi gələcək nəsillərin qorunması üçün həll edilməli olan vacib məsələdir.

"Bu problem fundamental insan hüquqlarına təhlükə törədir. Dinlər, inanclar sosial bütövlüyün, tolerantlığın qurulmasında vacibdir. Biz dialoqu, dini konfessiyaların təmasını açıq saxlamalıyıq. Avropa Şurası sülhün təmin olunmasında öz missiyasına sadiq qalır. Avropada və ondan kənarda dinlərarası dialoqun təşviqi təşkilatımızın əsas məqsədidir. Avropa Şurası dinlərarası dialoqu dəstəkləyir", - A.Cesse deyib.

Chosen
57
far.az

1Sources