EN

“Veysəloğlu” Qarabağ müharibəsində iştirak edən əməkdaşlarına qayğı göstərməyə davam edir – FOTOLAR 

Veysəloğlu Şirkətlər Qrupunda çalışan 500-dən çox müharibə veteranından 55-i şirkət tərəfindən təqdim edilən “Sizə minnətdarıq” layihəsi çərçivəsində psixoloji dəstəkdən yararlanıb. Layihəyə şirkətin İnsan Resursları Departamentinin rəhbəri, müharibə veteranı Eldəniz Seyidov rəhbərlik edir.

Şirkətin mərkəzi ofisində təşkil olunan tədbirdə “Veysəloğlu”nun təsisçisi və baş icraçı direktoru psixoloji yardımdan yararlanan qazilərlə görüşüb. Görüşdə iştirak edən qazilər bildiriblər ki, göstərilən psixoloji dəstəkdən sonra özlərini daha yaxşı hiss etməyə başlayıblar.

Təbii ki, dəhşətli ölüm səhnələri döyüşdən qayıdan əsgərləri uzun müddət tərk etmir. Bir çox hallarda bu cür insanların dinc cəmiyyətə reinteqrasiyası çox ağrılı keçir. Bunun üçün psixoloq seansları şərtdir. Elə bu səbəbdən layihənin effektivliyi nəzərə alınaraq, qərara gəlinib ki, “Hummel” psixologiya mərkəzi qazilərlə maarifləndirmə işlərini genişləndirərək davam etdirsin.

Tədbirin sonunda “Veysəloğlu” Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov, müharibə iştirakçısı olan əməkdaşlarının imtiyazlarının yaxşılaşdırılması istiqamətində təkliflər hazırlaması üçün İnsan Resursları Departamentinə əlavə tapşırıqlar verib.

Chosen
21
7
moderator.az

8Sources