EN

Mayk Tayson qadının əlini dişləyən pələngini SATIR - bu səbəbə görə - FOTO

Əfsanəvi boksçu Mayk Tayson 55 min funt sterlinq (122 min manat) dəyərindəki pələngini satmaq fikrinə düşüb. Buna səbəb pələngin bir qadının əlini dişləməsi olub.

Milli.Az bildirir ki, bu barədə Oxu.Az Britaniyanın "Mirror" nəşrinə istinadən xəbər verir.

Nəşrin açıqladığı təfərrüata əsasən, boks üzrə ağır çəkidə keçmiş dünya çempionu bir vaxtlar üç Benqal pələnginə sahib olub, lakin onlardan ikisini heyvan sığınacağına verib. Qalan "Keniya" ləqəbli pələng isə faciəli hadisə baş verənə qədər 16 il Taysonla yaşayıb. Boksçu heyvana çox bağlı olduğunu bildirib.

Taysonun sözlərinə görə, "Keniya" öz "ərazisi"ni müdafiə etdiyi üçün qadının əlini dişləyib, yəni qadın heyvanın qəfəsinə girib və onunla oynamağa başlayıb. Bu zaman da hadisə baş verib.

Mayk Taysonun sözlərinə görə, zərərçəkmiş qadın onu məhkəməyə verməyə çalışsa da, buna nail ola bilməyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
17
2
milli.az

3Sources