EN

Gələn TDT-nin qeyri-rəsmi sammiti Budapeştdə keçirilə bilər


Qırğızıstan 2025-ci ildə Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammitinin keçirilməsini dəstəkləyir.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Macarıstanın Baş naziri Viktor Orbanla görüşündə deyib.
“Biz artıq sizin təşəbbüsünüzü dəstəkləmişik və TDT-də sədrliyimiz çərçivəsində Budapeşt qeyri-rəsmi sammitinin keçirilməsinə çox şadıq. Biz də öz növbəmizdə sədrlik edən tərəf olaraq bu sammitin uğurlu keçməsi üçün əlimizdən gələni etməyə hazırıq”, - Japarov bildirib.
Qeyd edək ki, Orban noyabrın 5-6-da Qırğızıstanda rəsmi səfərdədir. O, Bişkekdə keçiriləcək TDT sammitində də iştirak edəcək.
Chosen
26
7
yeniavaz.com

8Sources