EN

Donald Tramp Meksikaya qarşı sərt çıxış edib

Amerika Birləşmiş Ştatlarında prezidentliyə namizəd Donald Tramp qeyri-qanuni miqrasiyanı dayandıra bilmədiyi halda Meksikaya 25 faiz gömrük rüsumu tətbiq edəcəyini bildirib. SİA-nın məlumatına görə, bugünkü seçkilər ərəfəsində Şimali Karolina ştatında mitinqində çıxış edən Tramp ABŞ-ın ən böyük ticarət tərəfdaşlarından olan Meksikaya təhdidlər yağdırıb. O, qeyri-qanuni miqrasiyanın qarşısının alınmasının vacibliyini vurğulayaraq "Edəcəyim ilk çağırışlardan biri Meksikaya olacaq. Sərhədlərimizdən insanların keçməsinə icazə verməyi dayandırın" deyib.

Qonşu ölkə haqqında sərt ifadələr işlədən Tramp "Meksika tərəfindən işğal edirik. Ölkəmizə daxil olan bu cinayət və narkotik axınını dayandırmasalar ABŞ-a göndərdikləri hər şeyə dərhal 25 faiz gömrük rüsumu tətbiq edəcəyəm" ifadəsini işlədib.

O, prezident seçiləcəyi təqdirdə gömrük rüsumu planının yüz faiz təsirli olacağına inandığını bildirərək "Bu işə yaramasa, 50 edəcəyəm, o da olmazsa 75. Zirvə isə 100 faiz olacaq" şəklində danışıb. Bir çox iqtisadçı bu təhdidlərlə elan edilən tariflərin əks təsir yaradacağını düşünür.

Donald Tramp 2016-cı ildəki prezidentlik yarışında ABŞ-Meksika sərhədinə divar inşa etdirəcəyini və bunun xərclərini Meksikaya ödədəcəyini vəd etmiş və seçkini uduzmuşdu.

Chosen
31
2
sesqazeti.az

3Sources