EN

Ruben Amorim “Mançester Siti” ilə ÇL matçından danışdı

Lissabon “Sportinq”inin baş məşqçisi Ruben Amorim Çempionlar Liqasının 4-cü turunda növbəti oyundan gözləntilərini açıqlayıb.

Arena.az məlumat verir ki, noyabrın 11-də “Mançester Yunayted”in sükanı arxasında işə başlayacaq portuqal mütəxəssis, “Sportinq”i “qırmızı şeytanlar”ın əzəli rəqibi “Mançester Siti”yə qarşı oyuna çıxaracaq.

“Mənim üçün bu, “Sportinq”in baş məşqçisi kimi başqa, fərqli bir oyundur. Məni “Sportinq”in baş məşqçisi kimi qiymətləndirəcəklər. Bu, mənim üçün böyük oyundur. O (Xosep Qvardiola), dünyanın ən yaxşı məşqçisidir. Bunun “Mançester Yunayted” azarkeşləri üçün çətin olduğunu bilirəm, amma düşünürəm ki, bu, dünyanın ən yaxşı komandasıdır”, – “Eurosport” dərgisi Amorimdən sitat gətirir.

Ruben Amorim həm də maraqlı fikir yürütməsi ilə diqqət çəkib:

“Əgər biz bu oyunda qalib gəlsək, insanlar yeni Ser Aleks Ferqyusonun gəldiyini düşünəcəklər, buna nail olmaq isə çətin olacaq! Ona görə də insanların hansı nəticələr çıxarması mənə maraqlı deyil. Mən bu oyunda qalib gəlməkdə, yaxşı vida və sonra “Mançester Yunayted”də yeni həyata başlamaqda maraqlıyam”, – “Sky Sports” dərgisi portuqal mütəxəssisdən sitat gətirir.

“Sportinq” – “Mançester Siti” oyunu noyabrın 5-də baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 00:00-da (6 noyabr) başladacaq.

Chosen
22
arena.az

1Sources