EN

Çində həyat yoldaşlarından qaçan sevgililər zina ittihamı ilə həbs cəzası aldı

Çin sakinləri həyat yoldaşlarına xəyanət etdikləri üçün məhkəmə qarşısına çıxarılıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

Nəşrin məlumatına görə, Henan əyalətindən olan Zanq adlı qadın qızının məktəb söhbət otağında Ven adlı kişi ilə tanış olub. Dörd uşaq anası və iki uşaq atası tez bir zamanda aşiq olublar. Zanq öz istəyi ilə evləndiyi ərinin zorakılığından əziyyət çəkib.

2019-cu ilin iyun ayında, növbəti döyülmədən sonra qadın Venlə yeni həyata başlamaq üçün Tianjin şəhərinə qaçmağı təklif edib. Nəticədə sevgililər ailələrini tərk edərək beş ilə yaxın bir yerdə yaşayıblar. Zanq hamilə qalanda Ven boşanmaq üçün Henana qayıdıb. Zanq da öz növbəsində ərindən boşanıb.

Çində həyat yoldaşından başqa hər kəslə birgə yaşamaq qanuni və əxlaqi baxımdan qəbuledilməzdir və ikiarvadlılıq iki ilə qədər həbs cəzası ilə cəzalandırılır. Cütlük 2024-cü ilin mayında birliklərini polisə bildirib. Nəticədə məhkəmə hər ikisinə dörd ay həbs cəzası verib. Lakin Zanqın cəzası körpə uşağı olduğu üçün altı ay təxirə salınıb.

Aydın

Chosen
10
qaynarinfo.az

1Sources