EN

Müdafiə nazirinə görə İsraildə etirazlar başladı - VİDEO

İsrailin müdafiə naziri Yoav Qalantın istefasına etiraz edən bir neçə min etirazçı Təl-Əvivin mərkəzində Ayalon şossesində hər iki istiqamətdə hərəkəti bağlayıb və yol kənarında tonqal yandırıblar.

"Unikal" xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb.

Etirazçılarla sürücülər arasında toqquşma qeydə alınıb və onların şosse ilə hərəkətinə etirazçılar mane olub.

Xatırladaq ki, İsrailin Baş naziri Benyamin Netanyahu bu gün müdafiə naziri Yoav Qalantı vəzifəsindən azad edib.

Chosen
31
unikal.az

1Sources