EN

Dmitri Peskov Moldovadakı seçkiləri “qeyri-demokratik və vicdansız” adlandırıb

Rusiya Moldovada keçirilən prezident seçkilərinin qalibi kimi Maya Sandunu tanımır.

Editor.az bildiri ki, bunu Rusiyanın prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib. Peskovun sözlərinə görə, Rusiya Federasiyasındakı Moldova vətəndaşlarına “səslərindən istifadə etmək imkanı verilməyib”. O, seçkiləri “qeyri-demokratik və vicdansız” adlandırıb. “Xanım Sanduya gəlincə, siz bilirsiniz ki, o, bizim anladığımız qədər öz ölkəsinin prezidenti deyil, çünki ölkənin özündə əhalinin əksəriyyəti ona səs verməyib.

Cəmiyyət çox parçalanıb”, – Peskov bildirib. O, həmçinin bəyan edib ki, tanınmamış Dnestryanı bölgəsinin sakinləri guya Moldovanın hazırkı rəhbərliyini dəstəkləmirlər. Peskov bunu “ciddi səylər, xüsusən də konstruktiv yanaşma tələb edən problem” kimi görür, hansı ki, onun sözlərinə görə, hazırda yoxdur.

Bundan əlavə, Kremlin spikeri Moldovanın hazırkı hakimiyyətini Rusiya Federasiyası ilə “istənilən əlaqələri məhdudlaşdırmaqda”, Rusiya mediasına “təzyiqlər təşkil etməkdə” və “informasiya sahəsini sterilizasiya etməkdə” ittiham edib.

//Samir Qurbanov, Editor.az

Chosen
28
editor.az

1Sources