İsraildə Müdafiə naziri Yoav Qalantın vəzifəsindən azad edilməsinə qarşı çıxan etirazçılar Baş nazir Benyamin Netanyahunun iqamətgahı önündə nümayişlər keçirirlər.
Bizim.Media xəbər verir ki, bu barədə İsrailə məxsus “Telegram” kanalları məlumat yayıb.
Qeyd edilib ki, Netanyahunun iqamətgahı qarşısında nümayişçilərlə polis arasında toqquşma olub. Etirazçılar maneələri aşaraq, iqamətgaha daxil olmağa çalışırlar.
Xatırladaq ki, İsrailin baş naziri Benyamin Netanyahu Yoav Qalantı ölkənin müdafiə naziri vəzifəsindən azad edib. İsrail Xarici İşlər Nazirliyinin rəhbəri İsrael Katz hərbi departamentin rəhbəri vəzifəsinə təyin edilib, sonuncunun vəzifəsi isə Gedeon Saara verilib.
Bizim.Media