EN

Azərbaycanın Rusiyadakı səfiri erməni həmkarını təbrik etdi...PUTİNƏ TƏŞƏKKÜRÜNÜ BİLDİRDİ

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya tərəfinin Bakı ilə İrəvan arasında sülh prosesinə fəal dəstəyinə görə Rusiya Prezidenti Vladimir Putinə təşəkkür edib.

 

Senzor.az-ın məlumatına görə, bu barədə səfir R. Mustafayev etimadnamələrin təqdimetmə mərasimində Rusiya Federasiyasının “Birinci kanal”ına bildirib.

 

“Mən Rusiya Federasiyasının Prezidentinə minnətdarlığımı bildirmək istərdim ki, Rusiya tərəfinin sülh prosesinə belə fəal dəstəyi var. Mən onu (Ermənistanın Rusiya Federasiyasındakı səfiri Qurgen Arsenyanı) rəsmi vəzifəyə başlaması münasibətilə artıq təbrik etmişəm. Ona görə də biz onunla Moskvada, belə demək mümkünsə, konstruktiv münasibətləri davam etdirəcəyik”, - deyə səfir bildirib.

 

O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası prosesinə başlanılıb, yekun həllini tələb edən məsələlər var. “Suallar azdır, lakin onlar əhəmiyyətlidir”, - deyə Rəhman Mustafayev vurğulayıb.

 

Xatırladaq ki, noyabrın 5-də Rusiya Prezidenti Vladimir Putin xarici dövlətlərin yeni gəlmiş 28 səfirinin, o cümlədən Azərbaycanın Rusiyaya yeni təyin olunmuş səfiri Rəhman Mustafayevin etimadnaməsini qəbul edib. Mərasim Böyük Kreml Sarayının Aleksandr zalında keçirilib.

 

Mərasimdə çıxış edən Vladimir Putin bildirib ki, Rusiya Bakı ilə İrəvan arasında sülh müqaviləsi, dövlət sərhədinin delimitasiyası və 2020-2022-ci illərin ən yüksək səviyyəli məlum üçtərəfli razılaşmalara uyğun olaraq iqtisadi-nəqliyyat əlaqələrinin açılması üzrə işlərə yardımı davam etdirəcək.

Chosen
22
senzor.az

1Sources