EN

Gömrük Komitəsi və "Avrora" arasında çəkişmə davam edir

Dövlət Gömrük Komitəsi (DGK) və "Avrora" MMC arasında məhkəmə çəkişməsi davam edir.

 

Pravda.az-ın xəbərinə görə, DGK-nın MMC barəsində tərtib etdiyi protokola Binəqədi Rayon Məhkəməsinin hakimi Zamiq Bağırovun sədrliyi ilə noyabrın 7-də baxılacaq.

 

Xatırlatma: Protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

 

Qeyd: "Avrora Group"un qanuni təmsilçisi Samir Natiq oğlu Əliyev, baş direktoru isə Ceyhun Yusubovdur. Şirkətin prezidenti isə Ceyhun Həsən oğlu Abbasovdur. “Avrora Group” distribüter şirkəti kimi fəaliyyətinin əsası 1 noyabr 1993-cü ildə qoyulub. Şirkət fəaliyyətinə yerli və xarici fabriklərin istehsal etdiyi məhsulları ölkəmizdə dağıtımını həyata keçirməklə başlayıb. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin partnyoru olan “Avrora Group”un portfoliosuna “Danone”, “Ehrman”, “Arla”, “Rolton”, “Hochland”, “KraftHeinz” “Pernod Ricard”, “Diageo”, “Carlsberg”, “Jagermeister”, “Gruppo Campari”, “Brown Forman”, “Bacardi Limited” və s. kimi aparıcı şirkətlər daxildir.  2001-ci ildə “Avrora Group” həm də istehsalçı şirkət kimi tanınmağa başlayıb. Şirkətin istehsalat sahələrini özündə birləşdirən “Avrora Sənaye Parkı”nda Makaron fabriki, Qənnadı fabriki, Qazlı və qazsız içkilər fabriki, Karbon Dioksid fabriki, Un istehsalı fabriki var.

 

Xəyal Quliyev

Tarix: 6 Noyabr 2024, 08:03   
Chosen
39
2
pravda.az

3Sources