EN

Bakı metrosunda problem yarandı

Bakı Metropolitenində "Birbank" tətbiqi ilə QR-kodla ödənişlərdə problem yaranıb.

Day.Az xəbər verir ki,  məsələ ilə bağlı Modern.az-a sərnişinlər məlumat veriblər.

Belə ki, "BakıKart"ın metro ödənişləri üçün nəzərdə tutulan "Birbank" mobil tətbiqindəki bölməsi işləməyib.

Kartlardan ödənişlər çıxılsa da, QR-kod oxudulması prosesi baş tutmayıb.

Sözügedən problem metroda sıxlığa səbəb olub.

Chosen
28
8
day.az

8Sources