EN

Əməkdar məşqçi vəfat etdi

Azərbaycanın Əməkdar məşqçisi, sabiq voleybolçu Yaqub Rəsulov vəfat edib.

Oxu24.com un məlumatına görə, 70 yaşlı çalışdırıcı uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

Mərhum sabah Masallı şəhər qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Yaqub Rəsulov kişi və yeniyetmə voleybolçulardan ibarət milli komandanın məşqçisi olub. 

O, son olaraq  “Murov Az Terminal” voleybol klubunda yeniyetmə və gənc voleybolçuların seçilməsi üzrə  seleksiya işlərinə nəzarət edirdi.

 

Chosen
7
5
oxu24.com

6Sources