EN

Asiya İnkişaf Bankı: Orta Dəhlizlə daşımalar 2030-cu ilə kimi 11 mln. tona çatacaq

Orta Dəhlizdə yükdaşımalarda nəzərəçarpacaq artım müşahidə olunub.

"APA-Economics" xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankından (ADB) bildirilib. Qeyd edilib ki, tranzit daşımaların həcmi əvvəlki ilə nisbətən 86% artaraq 2023-cü ildə cəmi 2,7 milyon tona çatıb. 2024-cü il üçün proqnozlaşdırılan həcm isə 4 milyon tondur. Bu, dəhlizdə yükdaşımaların həcminə görə rekord göstəricidir və qlobal ticarətin artan tələblərini ödəmək üçün onun artım potensialını göstərir.

Dəhlizdən istifadə nümunələrindən biri 2022-ci ilin may ayında Finlandiyanın Nurminen Logistics nəqliyyat şirkəti tərəfindən Çindən Avropaya yeni marşrutun tətbiq edilməsidir. Bu marşrut Orta Dəhlizə böyük tələbin olduğunu bir daha göstərib.

"Hazırda Orta Dəhlizin gücü ildə 5,8 milyon tondur. Bu isə Şimal Dəhlizindən xeyli azdır. Düzgün tədbirlər həyata keçirilərsə, onun tutumu artırılacaq. İqtisadi təhlillər göstərir ki, 2030-cu ilə qədər Çin və Avropanın qərb sərhədi arasında səyahət vaxtları iki dəfə azalacaq, yükdaşımaların həcmi isə üç dəfə artaraq 11 milyon tona çatacaq" - ADB-nin açıqlamasında qeyd edilib.

Chosen
30
1
apa.az

2Sources