EN

COP29-u gələcəyə bir çağırış kimi qəbul edirik - Türkiyəli professor

Bakı. Trend:

Dünya ekoloji fəlakətlərlə üz-üzə qaldığı bir dövrdə COP29-uinsanlığın gələcəyinə bir çağırış kimi qəbul edirik.

Trend xəbərverir ki, bunu Türkiyənin “Mərmərə Qrupu” Strateji və SosialAraşdırmalar Vəqfinin sədri, professor Mehmet Akkan Suver Bakıdakeçirilən Dini Liderlərin Qlobal Sammitinin ikinci günündə çıxışızamanı deyib.

O bildirib ki, Yer kürəsindəki müharibələrin törətdiyi sosialsıxıntılarla yanaşı, iqlim problemləri də əlavə fəlakətinxəbərçisidir.

"Belə bir anda Bakıda keçiriləcək COP29 bu problemlərinmüzakirəsi baxımından çox əhəmiyyətlidir. Azərbaycanın ev sahibliyietdiyi COP29 tədbirini bəşəriyyətin parlaq gələcəyi adına birfürsət kimi qiymətləndiririk. Azərbaycanın bu təşəbbüsünün həm dəxaos və qarşıdurmalardan, müharibələrdən uzaqlaşmağa şəraityaradacağına inanıram", - deyə o qeyd edib.

Qeyd edək ki, Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlimDəyişikliyi Konfransı (COP 29) çərçivəsində AzərbaycanRespublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Diniqurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman AğsaqqallarŞurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramıtərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilir.

Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzludini mərkəzlərin başçıları - Patriarxlar, Vatikan və Əl-Əzhərrəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünyamiqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri,ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət,elm və din xadimləri, həmçinin, KİV nümayəndələrinin iştirakınəzərdə tutulur.

Chosen
23
3
az.trend.az

4Sources