EN

“Daha yaxşı olacağımıza heç kəs şübhə edə bilməz”

“Qarabağ”la matçdan öncəki turlara baxsaq, qələbə qazansaq da, oyun baxımından vəziyyətimiz ürəkaçan olmamışdı. Bunun fərqindəydik və bu matçda daha yaxşı oynamaq istəyirdik”. Bunu futbolinfo.az saytına açıqlamasında “Turan Tovuz”un yarımmüdafiəçisi Veysəl Rzayev deyib.

O, Misli Premyer Liqasının 12-ci turunda “Qarabağ”la heç-heçə etdikləri matçdan danışıb: “Biz səhvlərimiz üzərində işləmişdik, onları düzəltməyə çalışmışdıq. Rəqibin “Qarabağ” olduğunu nəzərə alsaq, heç də pis çıxış etmədik. Komanda yoldaşlarımı təbrik edirəm. Bu cür komanda ilə matçda bir xal da pis nəticə deyil. Ümumiyyətlə, bu cür oyunlarda az epizod ələ düşür. Yaxşı şanslarımız oldu, təəssüf ki, qol şanslarımızı boşa verdik. İstifadə etsəydik, qələbə də qazanmaq mümkün idi”.

Rzayev “komandanız mövsümə əla başlayıb, bu cür davam edə biləcəkmi” sualına belə cavab verib: “Oyundan oyuna fərq var. Komanda olaraq səhvlərimiz çoxdur. Bir az da yaxşı olmağa çalışırıq. Bunu qoruyub saxlaya bilsək, nəticələ də olacaq. Buna komanda olaraq inanırıq. Bir-brimizə güvənirik və daha yaxşı olacağımıza heç kəs şübhə edə bilməz”.

Yarımmüdafiəçi Premyer Liqanın 13-cü turunda “Səbail”ə qarşı keçirəcəkləri matçdan da söz açıb: “Səbail”i tanıyırq, düzdür, son turda “Kəpəz”ə uduzdular. Amma bunun bizim üçün hansısa fərq yaradacağını düşünmürəm. Rəqibdən asılı olmayaraq, ciddi hazırlaşmalıyıq”.

Chosen
28
futbolinfo.az

1Sources