EN

Milli ESG standartı Beynəlxalq Standartlaşdırma Təşkilatının tövsiyələrinə əsasən hazırlanıb - KOBİA sədri

Ötən 2 il müddətində ESG altqrupu çərçivəsində bir sıra işlər görülüb. SİA xəbər verir ki, bu barədə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, ABB və “Azercell Telecom” MMC-nin dəstəyi ilə ekoloji, sosial və korporativ idarəetmə (ESG) üzrə vahid plaformanın və milli standartın təqdimatı ilə bağlı konfransda KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, ölkəmizdə ESG prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviq edilməsi ilə bağlı orta müddətli dövr üçün strateji baxış müəyyən edilib və sözügedən sənəddən irəli gələrək 2023 və 2024-cü illər üçün yol xəritələri hazırlanıb.

“Ötən il fəaliyyətimiz daha çox mövcud vəziyyətin araşdırılması, mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi, boşluqların müəyyən edilməsi və onların aradan qaldırılması istiqamətində təkliflərin formalaşdırılması ilə bağlı olub. ESG standartları üzrə altqrup çərçivəsində 2023-cü il üzrə yol xəritəsinin icrası üzrə ərsəyə gəlmiş materiallar, arayış və hesabatlar toplanaraq məcmuə halında ümumiləşdirilib və tərəfimizdən çap edilərək maraqlı tərəflər arasında paylanıb. Cari ilin yol xəritəsi isə ESG ilə bağlı konkret çərçivələrin, sənədlərin və resursların hazırlanmasına hədəflənmişdi. Bu gün onlardan ikisinin təqdimatı olacaq. Vahid rəqəmsal platforma və milli standartlar həm də dəstək aləti rolunu oyanmaqla ESG prinsiplərinin biznes proseslərində necə tətbiq edilə bildiyi barədə biznesləri istiqamətləndirəcək, onlara hansı addımlar atmalı olduğunu göstərəcək və yardımçı olacaq. Qəbul olunmuş milli ESG standartı Beynəlxalq Standartlaşdırma Təşkilatının tövsiyələrinə əsasən hazırlanıb və bu başlıq altında qəbul olunmuş ilk təcrübələrdən hesab olunur”, - deyə O.Məmmədov qeyd edib.

Chosen
11
1
sia.az

2Sources