Çip istehsalçısı “Nvidia” bazar dəyərinə görə “Apple”i geridə qoyaraq dünyanın ən dəyərli şirkəti olub.

İndex.az xəbər verir ki, səhmlərinin artması ilə şirkətin ümumi bazar dəyəri 3,43 trilyon dollara çatıb.

Beləliklə, “Apple”in 3,38 trilyon dollarlıq bazar dəyərini aşan “Nvidia” ikinci dəfə dünyanın ən dəyərli şirkəti olub.

Süni intellekt çiplərinə tələbatın artması ilə “Nvidia”ın səhmləri ilin əvvəlindən bu yana 182,5% dəyər qazanıb.