EN

İqlim dəyişikliyi istiqamətində dini liderlər arasında inteqrativ mübasibətlərə ehtiyac var - Əbdülsəməd Əl-Yezidi

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – oktyabr aylarında Türkiyədən Qırğızıstana sement məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 90,3 faiz azalaraq, 2,7 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin oktyabr ayında Türkiyə Qırğızıstan 177 min dollar məbləğində sement məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 74,2 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 7 faiz azalaraq, 3,6 milyard dollara bərabər olub.

“Bu ilin oktyabr ayında Türkiyə 365 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 0,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2023 – oktyabr 2024) Türkiyə 4,3 milyard dollar məbləğində sement ixrac edib.

Chosen
44
turkic.world

1Sources