EN

Demokratiyadan danışmayın, bu problemlərinizi həll edin: Zaxarovadan ABŞ-a MESAJ

Vaşinqtonun başqa ölkələrə demokratiya haqqında çıxışları dayandırması və diqqətini öz vəzifələrinə yönəltməsinin vaxtı çatıb.

Publika.az "Sputnik" radiosuna istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova prezident seçkiləri zamanı ABŞ-da yaranmış gərgin siyasi vəziyyəti şərh edərkən qeyd edib.

Diplomat müxtəlif sahələr üzrə amerikalı ekspertlərə başqasının gözündə ləkə axtarmağa son qoymağı və öz ölkələrində mövcud olan aktual problemlərə diqqət yetirməyi tövsiyə edib.

Zaxarovanın fikrincə, təkcə siyasətçilər deyil, rəsmi Vaşinqtonu təmsil edənlər də “oyanmalıdırlar”.

“Birləşmiş Ştatlar bütün politoloqları, vətəndaş fəalları və demokratiya mütəxəssisləri ilə birlikdə demokratiyaların keyfiyyətinin qiymətləndirilməsi və insan haqları məsələləri ilə bağlı öz problemlərini həll edənə qədər susmalıdır”, - deyə Zaxarova bildirib.

Chosen
62
14
publika.az

9Sources