EN

Nazirlik: İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun fəaliyyəti üçün 1 milyard dollar kapital toplanması planlaşdırılır

COP29-un fəaliyyət gündəliyindəki 14 əsas təşəbbüsdən biri, iqlim maliyyəsində mövcud boşluqları aradan qaldırmaq məqsədilə İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun (CFAF) yaradılmasıdır. Fond qalıq yanacaq istehsal edən ölkələr və neft, qaz, kömür hasilatı ilə məşğul olan şirkətlər tərəfindən maliyyələşdiriləcək.

AZƏRTAC xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov “Yaşıl iqlim maliyyəsi və karbon qiymətqoyma siyasəti” mövzusunda media nümayəndələri üçün keçirilən seminarda deyib.

O bildirib ki, fondun məqsədi inkişaf etməkdə olan ölkələr və kiçik ada dövlətlərində iqlim fəaliyyətlərinə investisiya yatırmaq, yaşıl keçidə töhfə verən qalıq yanacaq ehtiyatlarına malik ölkələr və bu sektordakı müəssisələr üçün dəstək yaratmaqdır.

“Azərbaycan hesab edir ki, təbii sərvətlərlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə liderlik etməlidir. Bu təşəbbüs, iqlim maliyyəsindəki boşluqların aradan qaldırılmasına əhəmiyyətli fayda verə bilər. Fondun fəaliyyətə başlaması üçün 1 milyard dollar kapital toplanması və an azı 10 donor ölkənin fondu dəstəkləməsi planlaşdırılır. COP29 çərçivəsində bu məsələnin əsas müzakirə mövzularından biri olacağı gözlənilir”, - deyə şöbə müdiri əlavə edib.

Chosen
53
50
xalqqazeti.az

10Sources